Bu gün axşam saatlarında Qəbələ rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Məmmədağalı kəndi ərazisində olub.
Belə ki, “Ford” markalı minik avtomobili idarəetmədən çıxaraq ağaca çırpılıb. Nəticədə sürücü, 24 yaşlı Nuran Muradasılov aldığı xəsarətlərdən hadisə yerində vəfat edib.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan sorğuya cavab olaraq bildirilib ki, ərazi üzrə polis orqanında faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.
Son xəbərlər
Son Xəbərlər