Maşın idarəetmədən çıxıb hasara dəydi - Xəsarət alan var

masin-idareetmeden-cixib-hasara-deydi
Oxunma sayı: 284

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə Mirzə Abbas Abbaszadə küçəsində qeydə alınıb.

Belə ki, Çin istehsalı olan ​“Lynk & Co” markalı avtomobil hərəkətdə olan zaman idarəetməni itirərək yoldan çıxıb və Gəncə Şəhər Milli Dram Teatrının keçmiş binasının hasarına dəyib.

Hadisə nəticəsində avtomobildə sərnişin qismində əyləşən,1996-cı il təvəllüdlü Arzu adlı xanım xəsarət alıb.

Xəsarət alan şəxs Gəncədə yerləşən xəstəxanaların birinə yerləşdirilib, müalicəsi davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.

Yunis Quliyev