Maşın yolun kənarındakı “Mercedes”ə çırpıldı- - Video

masin-yolun-kenarindaki-mercedese-cirpildi-
Oxunma sayı: 1080


“Qafqazinfo” ans tv-yə istinadən xəbər verir ki, hadisə Bakıda Yusif Səfərov küçəsində baş verib. Qara və ağ rəngli avtomobillər ötüşürlər və sürətlə hərəkət edirlər. Elə sürətin yüksək olmasının nəticəsidir ki, ağ maşın yolun kənarında dayanmış “Mercedes”ə çırpılaraq onu yolun ortasına atır.

Hadisə nəticəsində avtomobildə olan şəxs xəsarət alıb. Avtoşluq edən maşın özü isə idarəetməni itirərək avtobus dayanacağına tərəf gedir. Lakin xoşbəxtlikdən dayanacaqda olanlar vaxtında kənara çəkilə biliblər.

Maşın daha iki avtomobilə çırpılaraq onları da əzdikdən sonra dayana bilir. Hadisədən sonra ətrafa toplanan insanlar və atomobillər yolda sıxlığın və tıxacın yaranmasına səbəb olub.