Gəncədə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Qafqazinfo” xəbər verir ki, qəza Yeni Gəncə yaşayış massivində qeydə alınıb.
Belə ki, Çin istehsalı olan avtomobillə yolu keçmək istəyən piyada vurulub.
Xəsarət alan 1991-ci il təvəllüdlü Anar Sadiqov ağır vəziyyətdə xəstəxanalardan birinə aparılsa da, həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma başlanılıb.
Yunis Quliyev
Son xəbərlər
Son Xəbərlər