“Mask narkotikin təsiri altında paylaşım edir”

mask-narkotikin-tesiri-altinda-paylasim-edir
Oxunma sayı: 736

“İlon Mask narkotik vasitələrə meyillənib və sosial şəbəkələrdə etdiyi paylaşımlar məhz bu maddələrin təsiri altında yazılır”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Vanity Fair” nəşri  məlumat yayıb.

Nəşrin yazdığına görə, Ağ Evin aparat rəhbəri Susan Vayls iddia edib ki, Mask qeyri-adi davranışları ilə seçilən bir şəxsdir və onun son dövrlər sosial şəbəkələrdəki fəallığı da bu kontekstdə diqqət çəkir.

Qeyd edək ki, “SpaceX” və “Tesla” korporasiyalarının qurucusu olan Mask hazırda dünyanın ən varlı insanı hesab olunur. Onun ümumi sərvətinin 600 milyard ABŞ dollarını keçdiyi bildirilir.