Amerikalı sahibkar İlon Maskın “SpaceX” şirkətinə məxsus yeni nəsil “Starship” kosmik gəmisi ilk orbital sınaq uçuşunu həyata keçirib.
“Qafqazinfo” xəbər verir ki, təxminən 40 mərtəbəli bina hündürlüyündə olan və “Super Heavy” sürətləndiricisi ilə “Starship” gəmisindən ibarət pilotsuz raket kompleksi sentyabrın 28-də Texas ştatındakı “Starbase” poliqonundan uğurla havaya qalxıb.
Tarixdə ilk dəfə olaraq orbitə çıxan “Starship” əsas vəzifəsini icra edərək “Starlink V3” şəbəkəsinin ilk 26 ədəd yeni nəsil peykini orbitdə uğurla yerləşdirib. Bu nailiyyət “Starlink” qruplaşmasının genişləndirilməsi, NASA-nın Ay proqramlarının icrası və İlon Maskın gələcəkdə illik minlərlə uçuş keçirmək planları üçün mühüm tarixi addım olub.
Sınaq proqramına əsasən, gəmi Yer ətrafında 6 fırlanma edərək 10 saat orbitdə qalmalı, daha sonra Sakit okeanda, Çili sahillərində suya enməli idi. Lakin uçuş zamanı kosmik gəminin altı mühərrikindən biri sıradan çıxıb. Yaranan texniki nasazlığa görə “SpaceX” sınağı qısaltmaq qərarına gəlib və “Starship” orbitdə cəmi 3 saat qalıb.
Suya enmə zamanı vertikal mövqe alan kosmik gəmi okeana düşməyə başlayıb. Lakin mühərriklər suya toxunan an güclü partlayış baş verib, gəminin qəlpələri ətrafa səpələnib və suyun üzərində nəhəng alov sütunu yaranıb.
Buna baxmayaraq, “SpaceX” şirkəti “X” sosial şəbəkəsində paylaşım edərək missiyanı uğurlu hesab edib:
“Suya enmə təsdiqləndi. Bütün “SpaceX” komandasını “Starship”in ilk orbital uçuşu münasibətilə təbrik edirik!”
Son xəbərlər
Son Xəbərlər