Maştağadakı evin zirzəmisini narkotik plantasiyası etdi - Video

mastagadaki-evin-zirzemisini-narkotik-plantasiyasi-etdi
Oxunma sayı: 2775

Maştağada evinin zirzəmisində çətənə kolları yetişdirən şəxs tutulub.

DİN-nin Mətbuat xidmətindən "Qafqazinfo"ya verilən xəbərə görə, qəsəbə sakini Ramil Quliyevin yaşadığı evin zirzəmisində çətənə bitkilərinin kultivasiyası ilə məşğul olduğu barədə polisə məlumat daxil olub. Evə baxış zamanı həmin zirzəmidən R.Quliyevin kultivasiya yolu ilə yetişdirdiyi 35 kiloqram çətənə kolu, narkotik tərkibli bitkilərin toxumları və 2 kiloqramdan artıq qurudulmuş marixuana aşkar olunub.

Müəyyən edilib ki, Ramil Quliyev evin zirzəmisində çətənə bitkilərinin yetişdirilməsi üçün xüsusi havalandırma və işıqlandırma sistemi yaradıb. Ətrafda şübhə oyatmamaq üçünsə o, həmin zirzəmiyə girişi evin çöl hissəsindən yox, mənzildəki otaqların birindən açıb. Ramil Quliyev ifadəsində çətənə bitkilərini satmaq məqsədi ilə əkib-becərdiyini bildirib.

Faktla bağlı materiallar Sabunçu Rayon Polis İdarəsinə göndərilib.