Maya Sandu seçkilərdə qalib gəldi - Yenilənib

maya-sandu-seckilerde-qalib-geldi
Oxunma sayı: 4902

Moldovada prezident seçkilərinin ikinci turunda səsvermə başa çatıb.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının (MSK) məlumatına görə, respublikada seçki məntəqələri yerli saatla 21:00-da bağlanır.

Həmin saata olan məlumata görə, seçici fəallığı 54% (təxminən 1,6 milyon seçici) olub və səsvermənin etibarlı hesab edilməsi üçün keçilməli olan 20%-lik həddi keçib.

Qeyd edək ki, respublika MSK adətən səsvermə başa çatdıqdan sonra bir neçə saat ərzində ilkin nəticələri elan edir.

***

MSK-nın məlumatına görə, Moldovada keçirilən prezident seçkilərində ölkənin keçmiş baş prokuroru, rusiyayönümlü Sosialistlər Partiyasından namizəd Aleksandr Stoyanoqlo 52,02%, hazırkı dövlət başçısı Maya Sandu 47,98% səs toplayıb.

Hələlik protokolların 76%-i işlənib.

***

Prezident seçkilərinin ikinci turunda Moldovanın hazırkı prezidenti Maya Sandu 50,12 faiz, Aleksandr Stoyanoqlo 49,88 faiz səs toplayıb.

Bu ilkin proseslər Moldova MSK tərəfindən protokolların 92%-i işləndikdən sonra dərc olunub.

***

Moldovada keçirilən prezident seçkilərinin ikinci turunun ilkin nəticələri açıqlanıb.

Yerli MSK-nın açıqladığı nəticəyə əsasən, seçki protokollarının 98,92% faizi sayılıb və Moldovanın hazırkı prezidenti Maya Sandu ikinci turda qalib gəlib. O, 55,04 faiz, rəqibi Aleksandr Stoyanoqlo isə 44,96 faiz səs toplayıb.