“Mayak”da daha 10 xəbərdarlıq lövhəsi quraşdırıldı - Foto

mayakda-daha-10-xeberdarliq-lovhesi-qurasdirildi
Oxunma sayı: 281

Vətəndaş Ə.Əhmədov Su Nəqliyyatında Polis İdarəsinə müraciət edərək Şüvəlan qəsəbəsində Xəzər dənizinin sahilində “Mayak” adlanan yerdə nəzarət tədbirlərinin artırılmasını xahiş edib.

“Qafqazinfo” xəbər verir ki, son zamanlar vətəndaşların orada səs küy salması, məişət tullantılarının atılması, suda batma halları, həmçinin müxtəlif şəxslərin qayalığa daxil olaraq təhlükəli yerlərdə çimmələri ilə bağlı oraya FHN əməkdaşları ilə birgə qoyulmuş plakatlara əhəmiyyət verməmələri ilə əlaqədar şikayətlər araşdırılıb.

Bununla bağlı olaraq su polisi tərəfindən FHN-ə sorğular ünvanlanıb. Həmin əraziyə əlavə 10 xəbərdarlıqedici lövhələrin quraşdırılması təmin edilib.

Vətəndaşlardan həmin ərazidə dənizə daxil olmamaları, batma təhlükəsini nəzərə almaları xahiş edilib.

Hazırda ərazidə nəzarət və profilaktik tədbirlər davam etdirilir.