Maykl Malarki məşhur şirkəti boykot etdi - Video

maykl-malarki-meshur-sirketi-boykot-etdi
Oxunma sayı: 1636

Məşhur amerikalı aktyor Maykl Malarki qonaq olduğu proqramda qarşısına qoyulan qəhvənin “Starbucks” şirkətinə aid olduğunu anlayanda onu içməkdən imtina edib.

“Qafqazinfo” xəbər verir ki, bu haqda “Sky News” məlumat yayıb.

Livanəsilli aktyor qəhvəni yaxınlıqdakı zibil qutusuna atdıqdan sonra bu sözləri deyib:

“Starbucks”ı boykot edirəm. Onların qəhvələrini içmirəm. Məncə, siz də belə etməlisiniz”.

Qeyd edək ki, “Starbucks”ın İsrail-Fələstin müharibəsi başlayandan münaqişəyə dəstək verdiyi ilə bağlı iddialar səsləndirilir.

“Starbucks” rəsmi olaraq sanksiyaların tətbiq olunduğu şirkətlər siyahısında olmasa da, Fələstin tərəfdarları şirkəti boykot etməyi seçib.