Mbappe Ardanın müqaviləsinə sevindi - “Bu gecə daha yaxşı yatacam”

mbappe-ardanin-muqavilesine-sevindi
Oxunma sayı: 317

“Real”ın futbolçusu Kilian Mbappe Arda Gülərin Madrid klubu ilə yeni müqavilə imzalamasına maraqlı şərh verib.

“Qafqazinfo”nun məlumatına görə, o, türkiyəli futbolçunun sözləşmədən paylaşdığı fotoya şərh yazıb. 

Mbappe Ardanın 2032-ci ilə qədər “Real”la müqavilə imzalamasına sevindiyini bildirib: “Sağ ol. Bu gecə daha yaxşı yatacam” – deyə fransalı forvard şərh yazıb.