“McDonald’s Azərbaycan” şəbəkəsini genişləndirərək paytaxt sakinlərini sevindirməyə davam edir: şirkətin 35-ci restoranı Badamdar qəsəbəsində, Bakı şəhəri, Səbail rayonu, Badamdar şossesi, 210-cu giriş ünvanında açılıb.
“Qafqazinfo” xəbər verir ki, birmərtəbəli zal “Luna” qlobal dizayn konsepsiyası əsasında tərtib olunub və 176 nəfər üçün nəzərdə tutulub, açıq terrasda isə daha 32 oturacaq yeri var.
Qonaqlar rəqəmsal özünəxidmət köşklərindən, sifarişlərin masaya çatdırılması xidmətindən və “McDelivery”dən istifadə edə bilərlər. “MakAvto” xidməti isə avtomobildən düşmədən sifariş verməyə, ödəniş etməyə və sifarişi götürməyə imkan verir.
Qəhvə həvəskarları üçün “McCafé” fəaliyyət göstərir: burada geniş çeşiddə qəhvə içkiləri və desertlər, eləcə də səhər yeməyi menyusu təqdim olunur. Yaxın zamanda uşaqlı ailələr üçün “PlayPlace” oyun zonasının açılması planlaşdırılır.
Yeni restoranın açılması ilə 65 yeni iş yeri yaradılıb. Hazırda “McDonald’s Azərbaycan”da 3 200-dən çox Azərbaycan vətəndaşı çalışır.
“McDonald’s” 26 ildən artıqdır ki, Azərbaycanda fəaliyyət göstərir və yerli bizneslə fəal əməkdaşlıq edir. Şirkət təchizat, logistika, informasiya texnologiyaları, işə qəbul, marketinq və digər sahələrdə 100-dən çox yerli şirkətlə əməkdaşlıq edir.
“McDonald’s” restoran şəbəkəsinin genişlənməsi həm şirkətin özündə, həm də yerli təchizatçı və tərəfdaş şirkətlərdə yeni iş yerlərinin yaradılmasına töhfə verir. Bu, əlaqəli sahələrdə iqtisadi fəallığın artmasına və şirkətin ölkənin qeyri-neft sektorunun inkişafına töhfəsinin güclənməsinə xidmət edir.






Son xəbərlər
Son Xəbərlər