“McDonald’s Azərbaycan” “Nizami” metro stansiyasının yaxınlığında, Salatın Əsgərova küçəsində yerləşən “Nizami Mall” ticarət mərkəzində yeni restoran açıb.
“Qafqazinfo” xəbər verir ki, restoran “Nizami Mall”un birinci mərtəbəsində yerləşir və küçədən ayrıca girişə malikdir. Restoran 176 oturacaq yeri üçün nəzərdə tutulub. İnteryer müasir minimalizmi, lakonik formaları və təbii materialları birləşdirən qlobal “RAY” dizayn konsepsiyası əsasında hazırlanıb.
Restoranda geniş çeşiddə qəhvə çeşidləri və desertlər təqdim edən “McCafé” fəaliyyət göstərir, həmçinin səhər yeməyi menyusu mövcuddur. Qonaqlar sifarişlərini özünəxidmət köşkləri vasitəsilə verə və ya sifarişlərin masaya çatdırılması xidmətindən yararlana bilərlər. Uşaqlı qonaqlar üçün “PlayPlace” oyun zonası nəzərdə tutulub. “McDelivery” çatdırılma xidməti də mövcuddur.
Açılış mərasimində “McDonald’s Azərbaycan”ın baş direktoru Oskar Boqopolskiy, “Azera Holding”in direktoru Akif Əliyev və “Nizami Mall”un direktoru Tural Əliyev iştirak ediblər.
Yeni restoranın açılması ilə 100-dən çox iş yeri yaradılıb. Bu gün “McDonald’s Azərbaycan” ölkənin 3200-dən çox vətəndaşını işlə təmin edir. Şirkət 26 ildən artıqdır ki, Azərbaycanda fəaliyyət göstərir və restoran şəbəkəsini genişləndirməyə, eləcə də yerli bizneslə əməkdaşlığı inkişaf etdirməyə davam edir.
Hazırda şirkətin tərəfdaşları arasında təchizat və logistika, informasiya texnologiyaları, işə qəbul, marketinq və digər sahələrdə fəaliyyət göstərən 100-dən çox yerli şirkət var. “McDonald’s” şəbəkəsinin inkişafı həm birbaşa, həm də yerli təchizatçı və tərəfdaşlarda yeni iş yerlərinin yaradılmasına töhfə verir, əlaqəli sahələrdə əlavə iqtisadi fəallıq formalaşdırır və şirkətin ölkənin qeyri-neft sektorunun inkişafına töhfəsini artırır.









Son xəbərlər
Son Xəbərlər