“McDonald’s Azərbaycan” şəhid ailələrinin birinci sinif şagirdlərini məktəb ləvazimatları ilə təmin etdi

mcdonalds-azerbaycan-sehid-ailelerinin-birinci-sinif-sagirdlerini-mekteb-levazimatlari-ile-temin-etdi
Oxunma sayı: 163

Yeni tədris ili ərəfəsində “McDonald’s Azərbaycan” Dövlət Sosial Müdafiə Fondu (DSMF) ilə birlikdə şəhid ailələrinin uşaqlarına dəstək ənənəsini davam etdirir.

Artıq üçüncü ildir ki, “McDonald’s Azərbaycan” Azərbaycanın hər yerində şəhid ailələrindən olan birinci sinif şagirdlərinə zəruri məktəb ləvazimatları ilə təchiz olunmuş məktəb çantaları təqdim edir.

Bu il ölkə üzrə 194 birinci sinif şagirdi olan şəhid övladı məktəb ləvazimatları ilə təmin edildi. Məktəb dəstləri Dövlət Sosial Müdafiə Fonduna (DSMF) təhvil verildi, Fond isə öz növbəsində onların ölkənin müxtəlif bölgələrində yaşayan uşaqlara çatdırılmasını təmin etdi.

Bakıda yaşayan birinci sinif şagirdi olan şəhid övladları üçün “McDonald’s” restoranında yeni tədris ilinin başlanması münasibətilə bayram tədbiri təşkil olundu. Uşaqlara “McDonald’s” tərəfindən müxtəlif təamlar təqdim edilib, animatorların iştirakı ilə əyləncəli proqram təşkil olunub, həmçinin zəruri məktəb ləvazimatları ilə təchiz edilmiş məktəb çantaları hədiyyə edilib.

Layihə “McDonald’s Azərbaycan” ilə Dövlət Sosial Müdafiə Fondu arasında imzalanmış müvafiq memorandumla təsbit olunmuş uzunmüddətli tərəfdaşlıq çərçivəsində həyata keçirildi. Bu əməkdaşlıq çərçivəsində şirkət şəhid və veteran ailələrinin uşaqlarına dəstək məqsədilə korporativ sosial məsuliyyət layihələrini ardıcıl şəkildə həyata keçirir.