Məcnun Məmmədov özünə daha bir müşavir təyin etdi - Foto

mecnun-memmedov-ozune-daha-bir-musavir-teyin-etdi
Oxunma sayı: 1468

Kənd təsərrüfatı naziri Məcnun Məmmədova müşavir təyin olunub.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı nazir müvafiq Əmr imzalayıb.

Əmrə əsasən, Ayaz Museyibov nazirin müşaviri vəzifəsinə təyin olunub.

Nazirlikdən məlumatı təsdiqləyiblər.

Qeyd edək ki, A.Museyibov 2015-2019-cı illərdə Azərbaycan Mərkəzi Bankında, Maliyyə Bazarlarına Nəzarət Palatasında müxtəlif vəzifələrdə çalışıb. 2019-2022-ci illərdə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində Maliyyə analitiki, o cümlədən departament rəhbəri, 2022-2023-cü illərdə İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlil və monitorinq şöbəsinin rəisi vəzifəsində fəaliyyət göstərib. 2023-2024-cü illərdə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində İcraçı direktorun müşaviri, 2024-2026-cı illərdə isə İcraçı direktorun müavini vəzifəsində çalışıb. 

Təyinata qədər isə o, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətində rəis müavini vəzifəsində fəaliyyət göstərib. 

Xatırladaq ki, M.Məmmədov ötən gün Ramil Əzməmmədovu özünə müşavir təyin etmişdi.