Məcnun Məmmədovun 4 müavini olacaq - Fərman

mecnun-memmedovun-4-muavini-olacaq
Oxunma sayı: 2431

“Kənd Təsərrüfatı Nazirliyi haqqında Əsasnamə”yə dəyişiklik edilib.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb.

Fərmana əsasən, kənd təsərrüfatı nazirinin müavinlərinin sayı 3-dən 4-ə artırılıb.

Xatırladaq ki, hazırda kənd təsərrüfatı naziri Məcnun Məmmədovun müavinləri – Elçin Zeynalov, Sarvan Cəfərov və İlhamə Qədirovadır.