Türkiyənin Antalya şəhərində Azərbaycan Mədəniyyət Elçilərinin I Forumu çərçivəsində “Azərbaycan: Bənzərsiz musiqi, Heyranedici rəqs” konsert proqramı təqdim edilib.
“Qafqazinfo” xəbər verir ki, konsertdə Azərbaycan incəsənət ustadları və Dövlət Rəqs Ansamblı iştirak edib.
Tamaşaçılar proqram çərçivəsində Azərbaycanın zəngin musiqi və rəqs ənənələri ilə tanış olublar.
Konsert Antalya Dövlət Opera və Balet binasında nümayiş etdirilib və böyük maraqla qarşılanıb. Mədəniyyət nazirinin müavini, Xalq artisti Murad Hüseynov da konsertdə pianoda ifa edib.
Konsertin musiqi hissəsində Xalq artistləri, tanınmış pianoçular Fərhad Bədəlbəyli və Murad Adıgözəlzadə də çıxış ediblər. Onların ifası tamaşaçılar tərəfindən böyük maraq və alqışlarla qarşılanıb.
Konsert proqramı Xalq artisti Polad Bülbüloğlunun ifası ilə yekunlaşıb və tamaşaçılarda böyük təəssürat yaradıb.
Lamiyə Məmmədova










Son xəbərlər
Son Xəbərlər