Mehdiabadda qəbiristanlığı su basdı - Fotolar

mehdiabadda-qebiristanligi-su-basdi
Oxunma sayı: 1057

Abşeron rayonunun Mehdiabad qəsəbəsində yerləşən qəbiristanlığı su basıb. 

Bu barədə “Qafqazinfo”ya qəsəbə sakinləri məlumat verib. 

Onların sözlərinə görə, artıq 15 gündür ki, qəbirlər su altında qalıb, lakin heç bir tədbir görülmür. 

Məsələ ilə bağlı Abşeron Rayon İcra Hakimiyyətinə müraciət ünvanladıq. Qurumdan sorğumuza cavab olaraq bildirildi ki, Mehdiabad qəsəbə qəbiristanlığının çökək hissəsində yağış və qrunt sularının yığılması müşahidə olunub:

“İlk günlərdən başlayaraq, qəsəbənin ümumi istifadəsində olan yollarında, eləcə də qəbiristanlıqda su kütləsinin idarə olunması, yönləndirilməsi və axıdılması işləri təxirə salınmadan həyata keçirilib.

Əraziyə əlavə nasoslar cəlb olunub, o cümlədən arx qazılaraq suyun sürətli şəkildə axıdılması təmin edilib. Hazırda da qəbiristanlıqda ətrafı daşla hörülmüş və su yığılmış qəbirlərin ətrafının təmizlənməsi işləri həyata keçirilir”. 

Lamiyə Məmmədova