İyulun 7-də Abşeron Gənclər Şəhərciyində baş verən yanğının təfərrüatı məlum olub.
“Qafqazinfo” “Oxu.az”a istinadən xəbər verir ki, partlayış usta siqaret çəkmək istəyən zaman baş verib.
Partlayış zamanı mənzildə iki uşaq olub. Onlardan biri, 9-cu sinif şagirdi olan Mehdi ağır yanıq xəsarəti alaraq həlak olub.
Mehdidən bir gün sonra isə anası Günel Əliyeva aldığı xəsarətlərdən vəfat edib.
Mənzildəki digər uşaq sağdır. Məlumata görə, uşaqların atası onlarla yaşamırmış.
Qeyd edək ki, mərhum Günel Əliyeva Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Kardiologiya İnstitutunda tibb bacısı kimi çalışırmış.
Son xəbərlər
Son Xəbərlər