Məhəbbət Vəliyeva vəzifəsindən azad edildi - Yenilənib

mehebbet-veliyeva-vezifesinden-azad-edildi
Oxunma sayı: 12502

Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva vəzifəsindən azad edilib.

“Qafqazinfo”nun Report-a istinadən məlumatına görə, bununla bağlı müvafiq sənəd imzalanıb.

O, 2018-ci ilin iyunun 27-də təhsil nazirinin müavini vəzifəsinə təyin edilmişdi.

Qeyd edək ki, M.Vəliyeva 1968-ci ildə Bakı şəhərində anadan olub. O, 2014-2015-ci illərdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini, 2015-2018-ci illərdə BŞTİ-nin müdiri vəzifələrində çalışıb.

***

Təhsil Nazirliyindən “Qafqazinfo”ya bildirilib ki, Məhəbbət Vəliyeva səhhətində yaranan problemə görə 25 dekabr 2020-ci il tarixindən öz istəyi ilə vəzifədən azad edilib.