Sentyabrın 29-da Məhkəmə-Hüquq Şurasının növbəti iclası keçirilib.
“Qafqazinfo” xəbər verir ki, iclasda çıxış edən Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov hakim korpusunun çevik komplektləşdirilməsi məqsədilə hakimliyə namizədlərin seçim proseslərinin şəffaf və təkmilləşdirilmiş mərhələlər üzrə davam etdirildiyini bildirib.
İclasda Hakimlərin Seçki Komitəsinin müraciətinə də baxılıb. Komitənin üzvü, Ali Məhkəmənin hakimi Elşanə Vəliyeva hakim vəzifəsinə namizədlərin seçimi prosesi barədə ətraflı məlumat təqdim edib.
Sonra müsabiqəni uğurla başa vurmuş 39 hakimliyə namizədlə fərdi söhbətlər aparılıb, onlara tövsiyələr verilib və yekunda birinci instansiya məhkəmələrinin hakimi vəzifələrinə təyin olunmaları üçün təkliflərin hazırlanması qərara alınıb.
Daha sonra intizam icraatı üzrə işlərə baxılaraq müvafiq qərarlar qəbul edilib.
Son xəbərlər
Son Xəbərlər