Mehriban Əliyevaya zəng etdilər - Yenilənib

mehriban-eliyevaya-zeng-etdiler
Oxunma sayı: 586

Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko bu gün Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya zəng edib.

“Qafqazinfo” xəbər verir ki, Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Azərbaycanın Birinci vitse-prezidentini ad günü münasibətilə təbrik edib, möhkəm cansağlığı və yeni uğurlar arzulayıb.

Valentina Matviyenko Birinci vitse-prezident Mehriban Əliyeva ilə səmimi görüşlərini məmnunluqla xatırlayıb, onun Azərbaycan-Rusiya dostluq münasibətlərinin inkişafında rolunu vurğulayıb.

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva göstərilən diqqətə və təbriklərə görə minnətdarlığını bildirib.

***

Həmçinin Özbəkistanın birinci xanımı Ziroatxon Mirziyoyeva Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya zəng edib.

Ziroatxon Mirziyoyeva Mehriban Əliyevanı ad günü münasibətilə təbrik edərək, səmimi arzularını çatdırıb.

O, bir neçə gün əvvəl Azərbaycanın Birinci vitse-prezidenti ilə Özbəkistanda görüşlərini ən xoş təəssüratlarla xatırlayıb.

Ziroatxon Mirziyoyeva Birinci vitse-prezident Mehriban Əliyevanın çoxşaxəli fəaliyyətinin, nəcib təşəbbüslərinin yalnız Azərbaycanda deyil, bütün dünyada böyük rəğbət qazandığını vurğulayıb.

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva göstərilən diqqətə və təbriklərə görə Ziroatxon Mirziyoyevaya təşəkkür edib.

Birinci vitse-prezident Mehriban Əliyeva da öz növbəsində Özbəkistana səfərini məmnunluqla xatırlayaraq, göstərilən qonaqpərvərliyə görə bir daha minnətdarlığını bildirib.