Mehriban Vəliyevaya yeni vəzifə verildi

mehriban-veliyevaya-yeni-vezife-verildi
Oxunma sayı: 12439

Məktəbəqədər və Ümumi Təhsil Agentliyinin direktor müavini vəzifəsində təyinat olub.

“Qafqazinfo”nun məlumatına görə, bununla bağlı elm və təhsil naziri Emin Əmrullayev əmr imzalayıb.

Əmrə əsasən, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva həmin vəzifəyə gətirilib.

Qeyd edək ki, Mehriban Vəliyeva eyni zamanda, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsini icra edəcək.