Meksikadan sərt mübarizə tələb etdi

meksikadan-sert-mubarize-teleb-etdi
Oxunma sayı: 510

ABŞ Prezidenti Donald Tramp Meksika hökumətindən narkotik kartellərinə qarşı mübarizəni kəskinləşdirməyi tələb edib.

“Qafqazinfo” xəbər verir ki, Ağ Ev rəhbəri bu barədə özünün sosial media hesabında paylaşım edib.

Tramp qeyd edib ki, Meksika narkotik kartellərinin fəaliyyətinə və ABŞ-yə qanunsuz narkotik axınına qarşı səylərini dərhal artırmalıdır:

“Bu problemin hər iki ölkənin təhlükəsizliyi üçün ciddi təhdiddir. Ona görə də rəsmi Mexiko bu istiqamətdə daha qətiyyətli addımlar atmalıdır”.

Xatırladaq ki, Tramp administrasiyası sərhəd təhlükəsizliyi və narkotik qaçaqmalçılığı ilə mübarizəni xarici siyasətinin prioritet istiqamətlərindən biri hesab edir.