Meksikanın Müstəqillik Günü Şuşada qeyd olundu - Video

meksikanin-musteqillik-gunu-susada-qeyd-olundu
Oxunma sayı: 325

Şuşada Meksikanın Müstəqillik Günü qeyd olunub.

“Qafqazinfo” xəbər verir ki, tədbir Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin müşayiəti ilə ölkəmizdə akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura ikigünlük səfəri çərçivəsində keçirilib.

Tədbirdə Hikmət Hacıyev, Meksikanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Maria Victoria Romero Caballero çıxış ediblər.