“Məktəbdəki faciəli atışma bizi kədərləndirdi”

mektebdeki-facieli-atisma-bizi-kederlendirdi
Oxunma sayı: 3363

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Avstriyaya başsağlığı verib.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı nazirliyin rəsmi “X” hesabında paylaşım edilib.

“Avstriyanın Qrats şəhərindəki orta məktəbdə günahsız şagird və müəllimlərin həyatına son qoyan faciəli atışma bizi kədərləndirdi. 

Həlak olanların ailələrinə və yaxınlarına, eləcə də Avstriya hökumətinə və xalqına dərin hüznlə başsağlığı veririk. 

Yaralananların tez sağalmasını arzu edirik”, - paylaşımda deyilir.

Xatırladaq ki, bu gün Avstriyanın Qrats şəhərində məktəbdə atışma baş verib. Hadisə nəticəsində 11 nəfər ölüb, 30-a yaxın şəxs xəsarət alıb.