Türkiyənin Kahramanmaraş şəhərində məktəbdə baş verən qətliamla bağlı görüntüləri sosial şəbəkədə yayan 63 hesab barədə araşdırma başlanılıb.
“Qafqazinfo” “TRT Haber”ə istinadən xəbər verir ki, hadisə ilə bağlı tətbiq edilən yayım qadağasına baxmayaraq bəzi sosial media platformalarında görüntülər paylaşılıb.
Bu isə istintaqın məxfiliyinə və ictimai asayişə təhlükə yaradır.
Məlumata görə, bu cür paylaşımlar edən şəxslər barəsində prokurorluq tərəfindən cinayət işi açılıb. Həmçinin bildirilib ki, ictimai asayişin qorunması, zərərçəkənlərin hüquqlarının müdafiəsi və istintaqın sağlam aparılması üçün hər kəs yayım qadağasına riayət etməlidir. Hadisə ilə bağlı araşdırmalar davam edir.
Xatırladaq ki, 14 yaşlı İ.A.M. atasına məxsus 5 tapança və 7 dolu daraqla Kahramanmaraşda orta məktəbə daxil olaraq 8 şagirdi və bir müəllimi qətlə yetirəndən sonra intihar edib.
Son xəbərlər
Son Xəbərlər