Məktəbə daş atdılar, şagirdlər xəsarət aldı - Video - Yenilənib

mektebe-das-atdilar-sagirdler-xesaret-aldi
Oxunma sayı: 6757

Bu gün Binə qəsəbəsi “Südçülük Sovxozu”nda yerləşən 136 saylı məktəbə hücum olub.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, məktəb binasının içərisinə pəncərədən daş atılıb, nəticədə, iki şagird yaralanıb.

Əməli törədən şəxslər saxlanılıb.

***

TƏBİB-dən sorğumuza cavab olaraq bildirilib ki, bu gün saat 09:40 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhəri, Binə qəsəbəsi, 136 saylı məktəbdən çağırış qeydə alınıb. 

Çağırış ünvanına təcili tibbi yardım briqadası göndərilib.

Təcili tibbi yardım briqadası tərəfindən 2 azyaşlıya (kişi cinsli) yerində yardım olunub.