“Cari ildən bəlli sayda, gələn ildən isə məktəblərin çoxu adambaşı maliyyələşmə mexanizminə keçiriləcək”.
“Qafqazinfo” xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya, Əmək və sosial siyasət, Səhiyyə, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin bu gün keçirilən birgə iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib.
“Biz neçə ildir, ali məktəblərə adambaşı maliyyələşdirilmə mexanzimini təqdim edirik. Adambaşı maliyyələşmə kifayət qədər uğurlu bir mexanizmdir. Tədricən biz ümumi təhsil sahəsində, mərhələlərlə məktəbəqədər təhsil pilləsində də adambaşına maliyyələşməni genişləndirəcəyik”, - deyə nazir qeyd edib.
Nuranə Daxilqızı
Son xəbərlər
Son Xəbərlər