Məktəblilərimiz EJOI 2025-dən 3 medalla döndü

mekteblilerimiz-ejoi-2025-den-3-medalla-dondu
Oxunma sayı: 786

29 avqust – 4 sentyabr 2025-ci il tarixlərində Bolqarıstanın Şumen şəhərində təşkil edilən 9-cu Yeniyetmələrin Avropa İnformatika Olimpiadası (https://2025.ejoi.org) keçirilib.

“Qafqazinfo” xəbər verir ki, 24 ölkədən 96 məktəblinin iştirak etdiyi müsabiqədə məktəblilərimiz uğurla çıxış edərək medallarla geri dönürlər.

Belə ki, Bakı şəhəri Akademik Zərifə Əliyeva adına liseyinin 9-cu sinif şagirdi Fateh Əhmədzadə və Bakı şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 9-cu sinif şagirdi Əkbər Əhmədov, Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyinin 9-cu sinif şagirdi Ömər Əliməmmədzadə bürünc medal qazanıblar. Şagirdlərimizi təbrik edir, onlara növbəti müsabiqələrdə uğurlar arzulayırıq.

Qeyd edək ki, Yeniyetmələrin Avropa İnformatika Olimpiadasında məktəblilərimiz 2017-ci ildən etibarən iştirak edirlər və indiyədək 4 gümüş, 11 bürünc medal qazanıblar. İnformatika fənni üzrə beynəlxalq olimpiadalara hazırlıq prosesi “Azercell Telekom” MMC-nin və Təhsil İnstitutunun əməkdaşlığı çərçivəsində həyata keçirilir.