Məktəblinin sürdüyü motosiklet evə çırpıldı - Hadisə yerində öldü

mekteblinin-surduyu-motosiklet-eve-cirpildi
Oxunma sayı: 1015

Bu gün Siyəzəndə yeniyetmənin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, saat 14 radələrində 2009-cu il təvəllüdlü Oqtay Elməddin oğlu Kərimovun idarə etdiyi motosiklet yaşayış evinə çırpılıb.

Qəza nəticəsində ağır xəsarətlər alan yeniyetmə hadisə yerində ölüb.

Bildirilib ki, vəfat edən O.Kərimov orta məktəbin 11-ci sinif şagirdi olub.

Faktla bağlı Siyəzən RPŞ-də cinayət işi açılıb, araşdırma aparılır.