Məmmədiyə Məmmədov növbəti səyyar qəbul keçirdi - Fotolar

memmediye-memmedov-novbeti-seyyar-qebul-kecirdi
Oxunma sayı: 560

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Məmmədiyə Məmmədov səyyar qəbul qrafikinə əsasən sakinlərlə növbəti səyyar görüş keçirib.

“Qafqazinfo” xəbər verir ki, görüşdə İcra Hakimiyyətinin məsul əməkdaşları, şəhərdə fəaliyyət göstərən xidmət təşkilatlarının rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qəbulda vətəndaşların müraciətləri dinlənilib, qaldırılan məsələlərin bir qismi yerindəcə həll olunub. Araşdırma tələb edən məsələlər qeydiyyata alınaraq icrası nəzarətə götürülüb.

Sakinlər müraciətlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqətə və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.