“Məni gözdən salmağa çalışırlar” - Video

meni-gozden-salmaga-calisirlar
Oxunma sayı: 6170

“İfadəmi verdim, heç bir problem yoxdur”.

“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, bunu “5 milyon dollarlıq reklam eşqi” iddiaları ilə bağlı prokurorluğa çağırılan aktrisa Serenay Sarıkaya jurnalistlərə açıqlamasında bildirib.

“Hər şey yolundadır, çox şükür bir problem yoxdur. Haqqımızda çıxan yalan, nöqtəsindən vergülünə qədər əsassız, qeyri-real olan iddialarla bağlı ifadə verməyə çağırıldım. Bu iddialarla bağlı mən də hüquqi prosedurlara başlayacağam. İstintaq davam etdiyi üçün başqa deyə biləcəyim heç nə yoxdur. Dişimlə, dırnağımla bu günə gəlmişəm, amma məni gözdən salmağa çalışırlar. Reallıq konkret şəkildə ortadadır”, - deyə aktrisa vurğulayıb.

Qeyd edək ki, ölkədə məşhurların çalışdığı “D İletişim” şirkətinin həmtəsisçisi Ayşe Barımın aktrisalardan birinin transseksual müğənni ilə sevgili olması görüntüsünü yaratmağa çalışdığı, hətta ondan bunun müqabilində 5 milyon dollar pul aldığı iddia edilib. Daha sonra isə əslində bunu adı açıqlanmayan iş adamının etdiyi ortaya çıxıb.

Bundan sonra sosial şəbəkələrdə həmin şəxslərin bir müddət öncə münasibətləri olan Serenay Sarıkaya ilə müğənni Mert Demir olduğu barədə müzakirələr aparılıb. Bildirilir ki, iş adamı sözügedən məbləği Ayşe Barım vasitəsilə Sarıkaya və Demirə çatdırıb. Məqsəd isə müğənninin piarının aparılması və karyerasında yüksəlişin əldə edilməsi olub.