Meqanla şəkil çəkdirmək üçün bu qədər pul ödədilər

meqanla-sekil-cekdirmek-ucun-bu-qeder-pul-odediler
Oxunma sayı: 713

Şahzadə Harrinin həyat yoldaşı, Sasseks hersoginyası Meqan Marklın Avstraliyaya səfəri çərçivəsində keçirilən tədbirlərdə pərəstişkarların onunla görüş və foto çəkdirmək üçün 1700 funt-sterlinqə (təxminən 3900 manat) qədər ödəniş etdiyi bildirilib.

“Qafqazinfo”nun məlumatına görə, Sidneydə təşkil olunan xüsusi tədbirdə premium biletlərə sual-cavab sessiyasında iştirak, ön sırada oturacaq və hersoginya ilə selfi imkanı daxil olub.

İştirakçılar üçün ən yüksək paketlərin qiymətinin 1700 funt-sterlinq olduğu qeyd edilir.

Şahzadə Harrinin da qatıldığı tədbirdə foto çəkilişlərinə məhdudiyyət qoyulduğu bildirilib. Tədbir zamanı Meqan Marklın çıxışı və iştirakçılarla ünsiyyəti diqqət çəkib.

Təşkilatçılar tərəfindən hersoginyanın tədbirdə iştirakını təmin etmək üçün ayrıca maliyyə ödənişlərinin həyata keçirildiyi də iddialar arasındadır. Proqram çərçivəsində yoqa seansları, motivasiya görüşləri və müxtəlif ictimai fəaliyyətlər təşkil olunub.

Meqan Markl çıxışı zamanı ictimai təzyiq və tənqidlərdən danışaraq, uzun müddətdir bu vəziyyətlə üzləşdiyini bildirib və sosial medianın təsirinə diqqət çəkib.