Mərakeşdə zəlzələdə ölənlərin sayı 2100-ü keçdi - Yenilənib

merakesde-zelzelede-olenlerin-sayi-2100-u-kecdi
Oxunma sayı: 3249

Mərakeşin Əl-Huz bölgəsində baş verən 7 bal gücündə zəlzələdə həyatını itirənlərin sayı 2 min 12-yə yüksəlib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, yaralıların sayı isə 2 min 59-a çatıb, onlardan 1404-nün vəziyyəti ağırdır.

Qeyd edək ki, Mərakeş Daxili İşlər Nazirliyi əvvəlki açıqlamasında ölənlərin sayının 1305 olduğunu bildirmişdi.

***

Mərakeşdə zəlzələdə ölənlərin sayı 2122 nəfərə çatıb. Yaralıların sayı isə 2400 nəfərdir.

Hazırda fəlakət zonasında axtarış-xilasetmə işləri davam etdirilir.