“Mərakeşlə birgə keçirilməsin” - İspanlar etiraz etdi

merakesle-birge-kecirilmesin
Oxunma sayı: 452

İspaniya parlamentinin solçu “Sumar” koalisiyası 2030-cu il dünya çempionatının Mərakeşlə birgə keçirilməsindən imtina etmək təklifi ilə parlamentə müraciət edib.

“Qafqazinfo” “EFE” agentliyinə istinadən xəbər verir ki, müvafiq sənədi dörd deputat imzalayıb.

Təşəbbüs müəllifləri FIFA, İspaniya Kral Futbol Federasiyası və Portuqaliya hakimiyyətinə müraciət edərək qarşıdakı turnirin təşkilatçılıq modelinə yenidən baxmağı təklif ediblər. Sənəddə futbol vasitəsilə hər şeyi “təmizə çıxarmağın” yolverilməz olduğu vurğulanır.

Məlumat üçün bildirək ki, DÇ-2030-un əsas ev sahibləri İspaniya, Portuqaliya və Mərakeşdir. Açılış matçlarının isə Uruqvay, Argentina və Paraqvayda keçirilməsi nəzərdə tutulub.