“Mercedes” at arabası ilə toqquşdu - 3 nəfər yaralandı

mercedes-at-arabasi-ile-toqqusdu
Oxunma sayı: 405

Cəlilabad rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Uzuntəpə kəndi ərazisində qeydə alınıb.

Belə ki, Müqabil Nağıyevin idarə etdiyi “Mercedes” markalı minik avtomobili at arabası ilə toqquşub.

Qəza nəticəsində Şəhriyar Əliyev, Mənsum Abışov və Niyaməddin Həsənov müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar rayon xəstəxanaya çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Surxay Şahbazov