“Mercedes” işıq dirəyinə çırpılıb - 3 nəfər xəsarət aldı

mercedes-isiq-direyine-cirpilib
Oxunma sayı: 339

İmişli şəhərində üç nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə ötən gecə şəhərin Seymur Əzizalıyev küçəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “Mercedes” markalı minik avtomobili sürücünün idarəetməsindən çıxaraq yol kənarındakı işıq dirəyinə çırpılıb.

Qəza nəticəsində Səfər Əzizov, Rüqayə Əzizova və Şahbəyim Əzizova müxtəlif xəsarətlər alıblar. Yaralılar İmişli Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Ziya Əmirxanlı