“Mercedes” onunla yollarını ayıracaq

mercedes-onunla-yollarini-ayiracaq
Oxunma sayı: 652

“Mercedes-Benz” brendinin əfsanəvi baş dizayneri Qorden Vaqener gələn ilin yanvarından etibarən təqaüdə çıxacaq.

“Qafqazinfo” xəbər verir ki, bu barədə xarici media məlumat yayıb.

Məlumata görə, Vaqener 28 il davam edən peşəkar fəaliyyətini başa vuracaq. O, bu müddət ərzində Almaniyanın dünyaca məşhur avtomobil istehsalçısının seriya modellərinin dizaynında köklü dəyişikliklərə imza atıb. Q. Vaqener 1997-ci ildə “Mercedes-Benz”ə qoşulub, 2008-ci ildən isə şirkətin qlobal dizayn bölməsinə rəhbərlik edib.

Bildirilir ki, Vaqener tutduğu vəzifəni 2026-cı il yanvarın 31-də tərk edəcək. Onun yerinə hazırda “Mercedes-Benz”in AMG idman avtomobillərinin dizayn şöbəsinə rəhbərlik edən Bastiyan Bodin təyin olunacaq.