“Mercedes” yük maşını ilə toqquşdu - Ölən var

mercedes-yuk-masini-ile-toqqusdu
Oxunma sayı: 524

Qubada ağır yol qəzası olub.

“Qafqazinfo”nun məlumatına görə, hadisə Quba–Qusar avtomobil yolunda baş verib.

Belə ki, “Mercedes” markalı minik avtomobili yük maşını ilə toqquşub.

Nəticədə “Mercedes”in sürücüsü, Quba şəhər sakini, 1996-cı il təvəllüdlü Adil Qasımov aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Mübariz Muradov