Mərkəzi Bank uçot dərəcəsini dəyişmədi

merkezi-bank-ucot-derecesini-deyismedi
Oxunma sayı: 284

Azərbaycan Mərkəzi Bankı (AMB) bu gün növbəti dəfə uçot faiz dərəcəsi ilə bağlı qərarını açıqlayıb.

“Qafqazinfo” xəbər verir ki, Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 6,5 % səviyyəsində, faiz dəhlizinin aşağı həddi 5,5 %, yuxarı həddi isə 7,5 % səviyyəsində saxlanılıb.

Bildirilib ki, faiz dəhlizinin parametrlərinə dair qərar qəbul olunarkən faktiki və proqnozlaşdırılan inflyasiyanın dinamikası, eləcə də daxili maliyyə bazarında gedən proseslər nəzərə alınıb.

Bir tərəfdən inflyasiya proqnozunun yuxarı istiqamətdə dəyişdirilməsi pul siyasətinin sərtləşdirilməsini şərtləndirsə də, digər tərəfdən valyuta bazarında təklifin tələbi əhəmiyyətli üstələməsi yumşaq pul siyasətini dəstəkləyir. Bu amillərin bir-birini tarazlaşdırması faiz dəhlizi parametrlərinin dəyişməz saxlanmasını şərtləndirir.