Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları artıb.
“Qafqazinfo” xəbər verir ki, bu, AMB-nin oktyabrın 29-da uçot faiz dərəcəsi ilə bağlı qərarında öz əksini tapıb.
Bildirilib ki, valyuta bazarında tələbin kəskin azaldığı, təklifin isə artdığı şəraitdə Mərkəzi Bank tərəfindən valyuta alışları həyata keçirilib.
9 ayda Mərkəzi Bankın valyuta ehtiyatları 33.4% artaraq 15.4 mlrd. ABŞ dollarına yüksəlib.
Son xəbərlər
Son Xəbərlər