“Mərkəzi Nəbatat Bağı” və “Dendrologiya Bağı” birləşdirilir - Qərar

merkezi-nebatat-bagi-ve-dendrologiya-bagi-birlesdirilir
Oxunma sayı: 903

“Mərkəzi Nəbatat Bağı” və “Dendrologiya Bağı” publik hüquqi şəxslər Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində “Mərkəzi Nəbatat və Dendrologiya Bağı” Məhdud Məsuliyyətli Cəmiyyətinə çevrilib.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov Qərar imzalayıb.

Qərara əsasən, cəmiyyətin işçilərinin say həddi 230 ştat vahidi müəyyən edilib.

Cəmiyyətin ümumi yığıncağının səlahiyyətlərinin həyata keçirilməsi isə Nazirlər Kabinetinə, İqtisadiyyat Nazirliyinə, Bakı Şəhər İcra Hakimiyyətinə həvalə edilib.