Oğuzda meşədə qətlə yetirilmiş şəxsin meyiti tapıldı

oguzda-mesede-qetle-yetirilmis-sexsin-meyiti-tapildi
Oxunma sayı: 3851

Bu gün saat 09 radələrində Oğuz rayonunun Mollalı kəndindəki meşəlik ərazidə 1990-cı il təvəllüdlü  Kərimov Toğrul Söhbət oğlunun meyitinin aşkarlanması barədə polisə məlumat daxil olub.

“Qafqazinfo” DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupuna istinadən xəbər verir ki, ilkin araşdırma zamanı T.Kərimovu 3 gün əvvəl odlu silahla öldürüb torpağa basdıran şəxsin 1992-ci il təvəllüdlü, əvvəllər məhkum olunmuş Məmmədov Pərvin Əlfəddin oğlu olduğu müəyyən edilib. O, könüllü şəkildə ərazi polis orqanına gələrək təslim olub.

Faktla bağlı araşdırma aparılır.