Məşhur cüdoçu oğluna toy etdi - Foto

meshur-cudocu-ogluna-toy-etdi
Oxunma sayı: 3620

Azərbaycan cüdo məktəbinin əfsanəvi siması, tanınmış məşqçi Ağayar Axundzadənin ailəsində şad gün yaşanıb.

“Qafqazinfo” xəbər verir ki, təcrübəli mütəxəssisin oğlu Davudun toy mərasimi baş tutub.

Bu barədə məşhur paracüdoçu, ikiqat Paralimpiya çempionu İlham Zəkiyev sosial şəbəkə hesabında paylaşım edib.

Xatırladaq ki, Ağayar Axundzadə Azərbaycan cüdosunun inkişafında müstəsna xidmətləri olan məşqçidir. O, vaxtilə Olimpiya çempionları Nazim Hüseynov və Elnur Məmmədlinin, eləcə də Olimpiya mükafatçısı Mövlud Mirəliyevin məşqçisi olub.

Fotoda: Ağayar Axundzadə