Məşhur cütlük ikinci dəfə boşanır

meshur-cutluk-ikinci-defe-bosanir
Oxunma sayı: 7385

İkinci dəfə evlənən türkiyəli məşhur sosial media fenomeni Selin Ciğerci və Gökhan Çıra yenidən boşanmaq qərarına gəlib.

“Qafqazinfo” xəbər verir ki, cütlük boşanma xəbərini sosial şəbəkədə açıqlayıb.

Selin Ciğerci 4,5 milyon izləyicisi olan instaqram hesabında, “Evlilik, həyat yoldaşı olmaq, ailə qurmaq mənim ən çox sevdiyim dəyərlərdir. İki dəfə cəhd etdik, alınmadı. Həyat davam edir, edəcək” qeyd edib.

Çıra isə paylaşımında, “Böyük ümidlərlə ikinci dəfə cəhd etdik. Amma yenə də evlilik işini bacarmadıq. Bir-birimizi incitmək, üzmək ən böyük qorxumuzdur. Selin Ciğerci ilə bu gündən etibarən boşanmaq qərarına gəldik. Ümid edirəm ki, hər ikimiz üçün də yaxşı olar. Həyatımız boyu həmişə bir-birimizin dəstəkçisi və dostu olacağıq”.

Qeyd edək ki, cütlük birlikdə olduqları fotoları da sosial media hesablarından siliblər.