Məşhur futbolçu mediaya məlumat ötürür? - “Barselona”da “siçovul” ovu

meshur-futbolcu-mediaya-melumat-oturur
Oxunma sayı: 783

“Barselona” klubunun təcrübəli qapıçısı Mark-Andre ter Ştegenin komanda daxilindəki məxfi məlumatları mətbuata sızdırdığı iddia edilir.

“Qafqazinfo” xəbər verir ki, bu barədə tanınmış jurnalist Rafael Hernandez məlumat yayıb.

Onun sözlərinə görə, almaniyalı qolkiper klubla bağlı daxili məlumatların kənara çıxarılmasında əsas şübhəli şəxs hesab olunur.

Qeyd edək ki, daha əvvəl baş məşqçi Hans-Diter Flikin soyunma otağındakı məlumat sızdıran və futbol dünyasında “siçovul” adlandırılan şəxsi müəyyən etdiyi barədə xəbərlər yayılmışdı. Lakin həmin vaxt konkret ad açıqlanmamışdı.

Xatırladaq ki, Mark-Andre ter Ştegen 2014-cü ildən “Barselona”nın şərəfini qoruyur və komandanın ən köhnə oyunçularından biridir. Bu iddianın klub daxilində necə qarşılanacağı maraq doğurur.