Məşhur mahnıların müəllifi vəfat edib

meshur-mahnilarin-muellifi-vefat-edib
Oxunma sayı: 1024

Amerikalı tanınmış mahnı müəllifi Billi Steynberq 75 yaşında vəfat edib. 

“Qafqazinfo” “Variety” nəşrinə istinadən xəbər verir ki, bu barədə vəkil Laura Soriano məlumat yayıb. 

Məlumata görə, Steynberq fevralın 16-da Los-Ancelesdə onkoloji xəstəlikdən vəfat edib. 

Qeyd edək ki, Billi Steynberq bəstəkar Tom Kelli ilə birgə işlərinə görə tanınıb. Həmmüəlliflərin ən məşhur işləri arasında “Like a Virgin” (Madonna), “True Colors” (Sindi Loper), “Eternal Flame” (The Bangles), “Alone (“Heart” qrupu) və “So Emotional” (Uitni Hyuston) mahnılarını göstərmək olar.

Steynberq Selin Dion, Tina Törner, Rod Stüart, Kerri Andervud və digər ifaçıların mahnılarına sözlər yazıb. O, həmçinin Rusiyanın məşhur t.A.T.u. qrupunun “All About Us” mahnısının müəlliflərindən biridir.