Məşhur qapıçı Koxalskini tənqid etdi - “Qarabağ”dan ayrıldığına görə

meshur-qapici-koxalskini-tenqid-etdi
Oxunma sayı: 1130

Polşa futbol əfsanəsi, “Liverpul” və “Real”ın (Madrid) keçmiş qapıçısı Yeji Dudek həmyerlisi Mateuş Koxalskini “Qarabağ”dan ayrıldığına görə tənqid edib. 

“Qafqazinfo” xəbər verir ki, “Polsat Sport”a danışan məşhur qolkiper bunu səhv addım adlandırıb.

“Rahatlığa görə “Qarabağ”ı tərk etmək mənim üçün anlaşılmazdır. Özü də Çempionlar Liqasında oynadığı komandanı “Vyeçitsa”ya dəyişərək. Avropanın ən yaxşı klublarına keçmək üçün can atmalı olan oyunçu Polşa çempionatına yeni vəsiqə qazanmış komandaya gəldi. Polşa yığmasının baş məşqçisi Yan Urban bildirmişdi ki, Koxalski Polşa çempionatına qayıtsa, milliyə düşmək şansı azalacaq. Onun əməli dediyinə ziddir”, - Dudek bildirib.

Qeyd edək ki, Koxalski sentyabrın əvvəlində “Qarabağ”dan “Vyeçitsa”ya keçib. O, Polşa yığmasına da dəvət alıb.