Messi nə etsə, o da təkrarlayır

messi-ne-etse-o-da-tekrarlayir
Oxunma sayı: 725

Dünya çempionatında Lionel Messi ilə Kilian Mbappe arasındakı rəqabət təkcə meydanda deyil, statistik göstəricilərdə də diqqət çəkir.

“Qafqazinfo” xəbər verir ki, Fransanın Mərakeş üzərində 2:0 hesablı qələbəsi ilə başa çatan dörddəbir final qarşılaşmasında Mbappe bir qol və bir məhsuldar ötürmə ilə komandasının yarımfinala yüksəlməsində əsas rol oynayıb.

Lakin fransız ulduzun performansı futbolsevərlərin diqqətini başqa səbəbdən də cəlb edib. Mbappe Argentinanın kapitanı Lionel Messinin turnirin 1/8 final mərhələsində Misirə qarşı keçirdiyi oyunda yaşadığı ssenarini təkrarlayıb.

Belə ki, Messi həmin matçda penaltini dəqiq yerinə yetirə bilməsə də, görüşü bir qol və bir məhsuldar ötürmə ilə tamamlamışdı. Mbappe də Mərakeşlə qarşılaşmada penaltidən yararlana bilməyib, lakin sonradan həm qol vurub, həm də məhsuldar ötürmə edib.

Bu nəticə ilə hər iki futbolçu 2026-cı il DÇ-də vurduğu qolların sayını səkkizə çatdırıb. Messi DÇ tarixində ümumi qol sayını 21-ə, Mbappe isə 20-yə yüksəldib.

Messi və Mbappe arasında yaranan bu maraqlı paralel sosial şəbəkələrdə futbol azarkeşləri arasında müzakirələrə səbəb olub.